Dünya

Türkiyə hərbi təyyarə qəzaya uğradı: 2 ölü

Metbuat.az
Türkiyə Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hadisə bu gün yerli vaxtla saat 09.50-də baş verib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Əskişəhərdən təlim uçuşu keçirmək üçün havaya qalxan “F4 E 2020” təyyarəsinin Konya ərazisində naməlum səbəbdən qəzaya uğradığını açıqlayıb. Nəticədə 2 pilot həlak olub. Olayın səbəbləri araşdırılır.