Türkiyə ərazisinin əksər hissəsində elektrik enerjisinin verilməsi bərpa edilib
Bakı, 31 mart,
AZƏRTACTürkiyə ərazisinin əksər hissəsində elektrik enerjisinin verilməsi bərpa edilib. Bu barədə Türkiyənin energetika və təbii qaynaqlar naziri Taner Yıldız məlumat verib.
AZƏRTAC
Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, nazirin sözlərinə görə, Türkiyə ərazisinin əksər hissəsində və İstanbulun 80 faizində elektrik enerjisinin verilməsi bərpa olunub.
Nazirlikdən verilən məlumata əsasən indiyə qədər görülən işlər nəticəsində Qara Dəniz, Trakya və Şərqi Anadolu bölgələrində elektrik enerjisinin verilməsi demək olar ki, tamamilə bərpa olunub. Orta Anadolu, Ege, Aralıq Dənizi və Cənub-şərqi Anadolu bölgələrində isə bərpa işləri davam edir.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 10:40-da Türkiyənin bir çox yerində, eləcə də İstanbul və Ankarada elektrik enerjisinin verilməsi kəsilmişdi.