Dünya

Türkiyə bayrağını endirən şəxsə ağır cəza

Metbuat.az

Türkiyə bayrağını hərbi hissənin qabağından endirən şəxsə hökm oxunub.

Diyarbəkirdə Hava Hücumundan Müdafiə Qüvvələrinin hərbi hissəsinin qabağında Türkiyə bayrağını endirən şəxsə 13 il 9 ay həbs cəzası verilib.

Bayraq endirməkdə günahlandırılan Ömər adlı şəxsə məhkəmə bu gün hökm oxuyub.

Qeyd edək ki, Diyarbəkirdə Türkiyə bayrağının endirilməsi olayı ilə bağlı 3 polis əməkdaşı cəzalandırılmışdı.

Bu hadisə Türkiyədə böyük səs-küyə səbəb olmuşdu. (ANS PRESS)