Digər

Türk səfir Qırğızıstanda azərbaycanlılarla görüşdü (FOTO)

Metbuat.az

Türkiyənin Qırğızıstandakı səfiri Mətin Kılıç türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədovu, Qırğızıstandakı Azərbaycan diasporunun fəalı Qiyas Xəlilovu, türkdilli dövlətlərin siyasətinə dəstək fondun fəalı Mürəfəddin Sakimovu və şair - tərcüməçi Mukan Asanaliyevi qəbul edib.



ANS PRESS-in məlumatına görə, görüş zamanı Azərbaycanın millət vəkili Adil Əliyevin ideya müəllifi olduğu “Erməni soyqırımı – mif və gerçəklik” adlı qırğız dilində nəşr edilmiş kitab müzakirə olunub.



Qırğız dilində “Admiral Bristolun raportu – faktların dili ilə” adı altında tirajlanan kitab Çanaqqala qələbəsinin 100 illiyinə Qırğızıstanın verdiyi töhfəsidir. 440 səhifəlik kitabı rus dilindən qırğız dilinə Mukan Asanaliyev tərcümə edib. 500 tirajla işıq üzü görən kitabın pulsuz yayılmasının nəzərdə tutulması Türkiyənin Qırğızıstandakı səfiri Mətin Kılıçı çox sevindirdi. Səfir kitabın təqdimat mərasiminin keçirilməsində bütün dəstəklərini verəcəklərini bəyan etdi.



Sonda Türkiyənin Qırğızıstandakı səfiri Mətin Kılıça Türkdilli dövlətlərin siyasətinə dəstək fondun Bişkekdə nəşr etdirdiyi kitablar hədiyyə edildi. Kitabları böyük maraqla qəbul edən səfir qırğız dilinə tərcümə edilməsi üçün Türkiyənin tarixinə aid bir kitabla birlikdə başqa tarixi kitabları görüş iştirakçılarına təqdim etdi.



Qeyd edək ki Adil Əliyevin “Admiral Bristolun raportu – faktların dili ilə” kitabı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun maliyə dəstəyi ilə tərcümə edilib və işıq üzü görüb.








Mənbə
ANS PRESS