Dünya

“Türk Hava Yolları”na məxsus təyyarə Nepalda eniş zamanı qəza edib

Metbuat.az

İstanbul, 4 mart,

AZƏRTAC

“Türk Hava Yolları”na məxsus sərnişin təyyarəsi Nepalın Katmandu şəhərindəki beynəlxalq hava limanına eniş edərkən qəza törədib.


Türkiyə KİV-lərinin məlumatına görə, İstanbul-Katmandu reysi ilə uçan “Airbus-330” tipli təyyarə yağışlı hava səbəbindən eniş zamanı sürüşərək enmə zolağından kənara çıxıb. Təyyarədəki sərnişinlərdən birinin yüngül xəsarət aldığı bildirilir.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul