Ölkə

Tur-aksiya iştirakçısı: Nizami Gəncəvinin məqbərəsini ziyarət etməyimiz bizi hədsiz dərəcədə sevindirdi

Metbuat.az

Gəncə, 18 mart,

AZƏRTAC

Mən ilk dəfədir kollektivlə səfərə çıxıram. Özü də elə bir səfərə ki, bu, mənim gələcək həyatımda əhəmiyyətli rol oynayacaq. Dövlət başçımızın tapşırığı ilə təşkil olunan tur-aksiyada iştirak etdiyimə görə özümü xoşbəxt sayıram.


Bu sözləri

AZƏRTAC

-a “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyada iştirak edən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun 1 nömrəli orta məktəbinin XI sinif şagirdi İlkin Vəliyev bildirib.


Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə səfərə çıxan İ.Vəliyev deyib: “Səfərimizin ilk günü Gəncə ilə, onun tarixi-memarlıq abidələri, eləcə də müasir tikililəri ilə yaxından tanış olduq. Xüsusilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etməyimiz bizi hədsiz dərəcədə sevindirdi. Bu tur-aksiya nəinki bölgələr haqqında şagirdlərin biliklərini artıracaq, eyni zamanda, tariximiz, adət-ənənələrimiz barədə də ətraflı məlumat əldə etməyə imkan verəcək”.


Tur-aksiyanın təşkilinə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıq edən İ.Vəliyev, göstərilən bu qayğının onu daha yaxşı oxumağa həvəsləndirdiyini bildirib.