Ölkə

Tur-aksiya iştirakçıları Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseydə olublar

Metbuat.az

Naxçıvan, 22 mart, Rauf Əliyev,

AZƏRTAC

“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları martın 22-də Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseylə tanış olublar.


AZƏRTAC

xəbər verir ki, hərbi orkestrin müşaiyəti ilə qarşılanan şagirdləri hərbi liseyin rəisi, polkovnik Elman Orucov salamladı


Hərbi təhsil ocağının rəis müavini, şöbəsinin rəisi polkovnik-leytenant Tahir Cəlilov lisey haqqında məlumat verərək bildirdi ki, xüsusi təyinatlı bu təhsil müəssisəsi milli ordumuzu peşəkar kadrlarla təmin etmək istiqamətində uğurla fəalliyyət göstərir. Hazırda burada 657 gənc hərbi təhsil alır. Ümumilikdə isə fəalliyyət göstərdiyi 2004-cü ildən bugünədək liseyi 2161 kursant bitirib.


Hərbi liseyin rəisi, polkovnik Elman Orucov diqqətə çadırdı ki, bu təhsil ocağında ölkəmizin bütün bölgələrindən gənclər təhsil alır. Kursantlar dərslərdə və təlimlərdə uğur qazandıqları kimi, muxtar respublikada keçirilən fənn olimpiadaları və idman yarışlarında da fərqlənirlər.


“Məzunlarımız respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaət göstərərək yüksək dövlət mükafatlarına layiq görülüblər”, -deyən Elman Orucov onlardan 5 nəfərinin şəhidlik zirvəsinə ucaldığını qeyd etdi.


Elman Orucov şagirdlərə Hərbi Liseyə həsr edilən kitablar hədiyyə təqdim etdi. Məktəblilər də öz növbəsində təhsil ocağına xatirə hədiyyələri verdilər.


Martın 22-də tur-aksiya iştirakçıları “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə ziyarət edəcək və Ordubad rayonunun tarix-memarlıq və mədəniyyət abidələri ilə də tanış olacaqlar.