Dünya
APA
Milli.Az
Tunisdə muzeyə hücum nəticəsində ölənlərin sayı 19-a çatıb
Tunisin paytaxtında naməlum şəxslərin muzeyə hücumu nəticəsində ölənlərin sayı 19-a çatıb.
APA
-nın TASS-a istinadən məlumatına görə, onlardan 17-si xarici turistlərdir.
Girovların azad edilməsi üzrə əməliyyatın başa çatdığı bildirilir. Əməliyyat zamanı 1 tunisli polis və 2 silahlı ölüb.
Xatırladaq ki, martın 18-də naməlum silahlılar Alaun (Bardo) Milli Muzeyinə hücum edərək orada olan turistlərə atəş açıblar.
Milli.Az