Dünya

Tunisdə muzeyə hücum: 19 ölü

Metbuat.az

Tunisin paytaxtında naməlum şəxslərin muzeyə hücumu nəticəsində ölənlərin sayı 19-a çatıb.

APA-nın TASS-a istinadən məlumatına görə, onlardan 17-si xarici turistlərdir.

Girovların azad edilməsi üzrə əməliyyatın başa çatdığı bildirilir. Əməliyyat zamanı 1 tunisli polis və 2 silahlı ölüb.

Xatırladaq ki, martın 18-də naməlum silahlılar Alaun (Bardo) Milli Muzeyinə hücum edərək  orada olan turistlərə atəş açıblar.