Dünya

Tunisdə “Bardo” muzeyinə hücum edən terrorçuların lideri məhv edilib

Metbuat.az

[ 30 Mart 2015 03:01 ]



Bakı-APA. Tunisdə “Bardo” muzeyinə hücum edən terrorçuların lideri məhv edilib

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu Tunisin baş naziri Həbib əs-Səid bəyan edib.

Onun sözlərinə görə, hərbçilər Loğman Əbu-Sakr başda olmaqla “Okba ibn Nafaa” ekstremist qruplaşmasının bir neçə üzvlərini məhv ediblər.

Xatırladaq ki, martın 18-də terrorçuların “Bardo" muzeyinə hücumu nəticəsində 25 nəfər ölmüşdü.