Dünya

Tunisdə antiterror əməliyyatı keçirilib, 9 döyüşçü öldürülüb

Metbuat.az

Bakı. 29 mart. REPORT.AZ/ Tunisin Qafsa əyalətində antiterror əməliyatları zamanı doqquz döyüşçü öldürülüb. "Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər nazirliyi məlumat yayıb.


Xüsusi əməliyyat döyüşçülərin martın 18-də Tunisdəki «Bardo» muzeyinə hücumuna müqavimət tədbirləri çərçivəsində martın 28-i gecə saatlarında aparılıb.


Məlumata görə, öldürülən döyüşçülər «Okba ibn Nafaa» ekstremist qruplaşmasından olublar. Hakimiyyət muzeyə hücumun arxasında məhz bu qruplaşmanın olduğunu iddia edir. Baxmayaraq ki, «İslam Dövləti» radikal süni qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.