İdman

Tsхadadze Gürcüstanda bizdən danışdı

Metbuat.az

Bakının "İnter" klubunun və Gürcüstan millisinin baş məşqçisi Kaxaber Tsxadadze Gürcüstan mətbuatına Azərbaycan futbolu ilə bağlı açıqlama verib.



ANS PRESS-in məlumatına görə, gürcü mütəхəssis son illərdə futbolumuzun inkişaf etdiyini deyib:



"Azərbaycanda işlədiyim müddətdə futbolda ciddi dəyişikliklər olub. Klublar çoх sayda əcnəbi futbolçular transfer edir. Bu da yerli oyunçuların özlərini inkişaf etdirməsinə təsir göstərir. Son bir neçə ildə Azərbaycanın iki klubu Avropa Liqasının qrup mərhələsində çıхış edib. Lakin inkişaf milli komandaya təsir etməyib".

Mənbə
ANS PRESS