Ölkə

Traktor aşdı: ölən və yaralanan var

Metbuat.az

Martın 14-də saat 15 radələrində Salyan rayonunun Düzənlik kəndində Qaraçala kənd sakini Yusif Abbasov idarə etdiyi “Belarus” markalı traktoru aşırıb.

Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, qəza nəticəsində Y.Abbasovun sərnişini Əvəz Abbasov hadisə yerində ölüb. Sürücünün özünə isə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Salyan RPŞ tərəfindən araşdırma aparılır.