Ölkə

TQDK-nın sədri Gədəbəy rayonunda vətəndaşları qəbul edəcək

Metbuat.az

Bakı, 6 mart,

AZƏRTAC

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Gədəbəy rayonunda vətəndaşları qəbul edəcək.


Bu barədə

AZƏRTAC

-a Komissiyadan bildirilib. Qəbulda Gədəbəy, Gəncə, Şəmkir, Göygöl, Samux, Daşkəsən rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilər.


Qəbul martın 18-də saat 13:00-da Gədəbəy rayon mədəniyyət evində keçiriləcək.


Qəbula gəlmək istəyən vətəndaşların TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (

http://eservices.tqdk.gov.az/sedrinqebulu/

) və ya TQDK-nın Gəncə regional bölməsinə (ünvan: Gəncə şəhər H.Əliyev meydanı.İnzibati bina ) müraciət etmələri (əlaqə tel.: (0222) 56-50-67) xahiş olunur.


Bundan əlavə, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy rayon təhsil şöbələrində martın 6-dan 17-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbula qeydiyyat aparılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.


Səhifənin qisa keçidi:

http://www.tqdk.gov.az/~1FH1I