Ölkə
Tovuzda kartof sahələrinin sayı artırılır
Tovuz, 5 mart,
AZƏRTAC
Tovuz rayonunda 170 hektar sahəyə kartof toxumu səpilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 hektar çoxdur.
Rayon statistika idarəsindən
AZƏRTAC-a bildiriblər ki, hazırda kartof əkini davam etdirilir və göstəricilər ötən ilə nisbətən daha çox məhsul əldə olunacağına inam yaradır.
Qeyd edək ki, respublikanın iri kartofçuluq rayonlarından olan Tovuzda ötən il torpaq mülkiyyətçiləri 7 min 244 hektar sahədə kartof əkərək, 155 min 999 ton məhsul götürüblər.