Ölkə
AZƏRTAC
Tovuzda 11 mindən çox ağac əkilib
Tovuz, 12 mart,
AZƏRTACMartın 12-də “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə reallaşan “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Tovuzda növbəti ağacəkmə kompaniyası keçirilib.
AZƏRTAC
xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilatlarının iştirakı ilə keçirilən kompaniyada Tovuz çayının sağ sahilində, Qaraxanlı yolunun ətrafında, Qazıqulu kəndində, Göytəpə qədim yaşayış məskənində və Bakı-Qazax magistral avtomobil yolunun rayondan keçən hissəsində 11 min 200 ağac əkilib.