Digər
Tovuz sakininə satdığı inəyin müqabilində saxta pul verilib
[ 17 Mart 2015 12:56 ]
Bakı. Fuad Cəfərov - APA. Tovuz sakininə satdığı inəyin müqabilində saxta pul verilib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevral ayının 19-da Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən bazarda naməlum şəxs Mülkülü kənd sakini Nazim İbrahimovdan 1 baş inək almış və ödəniş kimi ona 14 ədəd eyni nömrəli 50 manatlıq saxta əsginas verib.
Faktla əlaqədar Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.