Sosial

Tovuz qalası bəzədildi - VİDEO

Metbuat.az

TTV (Region TV) xəbər verir ki, artıq yazın gəlişinə iki gün qalıb. Ölkənin hər yerində bayram əhval-ruhiyyəsi yaşanır. Tovuzda da  Novruz bayramı böyük təntənə ilə qeyd edilib.



Şəhərin Tovuz qalası bayramsayağı bəzədilib. Bayram şənliyində şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri  iştirak ediblər.  Qonaqları Bahar qızı salamlayıb, Kosa və Keçəl şən zarafatları ilə  qarşılayıblar. Qalada qədim məişətimizi, adət-ənənələrimizi nümayiş etdirən eksponatlar sərgilənib. Sonra nəhəng tonqala od vurularaq bayram konsertinə start verildi. Şənlik  incəsənət ustalarının geniş konsert proqramı  və balaca rəqqasların oyunları ilə davam etdi. Burada qonaqlar bayram süfrəsi arxasında əyləşərək milli təamlarımızdan daddılar. Şənlik konsert proqramı ilə davam etdi.



Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.