Dünya
Milli.Az
Torpaq 10 adamı uddu
Burundidə intensiv yağışlar səbəbindən baş vermiş torpaq sürüşməsi nəticəsində azı 10 nəfər ölüb.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə təbii fəlakətin baş verdiyi Bujumbra əyalətinin qubernatoru Jak Minani bildirib.
“Bu fəlakətdir, onlarla ev uçub, əkin sahələri yararsız vəziyyətə düşüb”, - deyə bölgənin rəhbəri qeyd edib.
Torpaq sürüşməsi nəticəsində üç nəfərin itkin düşdüyü bildirilir.
Milli.Az