Dünya

Təyyarənin qalıqları tapıldı

Metbuat.az

Düsserdolfdan Barselonaya səfər edərkən qəzaya düşən sərnişinin təyyarəsi ilə bağlı son məlumatlar açıqlanıb.



ANS PRESS-in məlumatına görə, Fransanın cənubunda qəza edən təyyarənin Alp dağlarına çırpıldığı təsdiqlənib. Ölkənin cənubunda Barselonnett şəhəri yaxınlığında təyyarənin qalıqları da aşkarlanıb.



Təyyarə Bakı vaxtı ilə saat 13:40-da radardan itib. Fransa baş naziri Manuel Vals bədbin açıqlama verərək sərnişinlərin qəzadan xilas olmadığını söyləyib. Ancaq hələlik bu məlumat dəqiqləşməyib.



Qeyd edək ki, "Airbus-320" tipli sərnişin təyyarəsində 2 pilot, 4 ekipaj üzvü və 142 sərnişin olub. Təyyarə ucuz bilet satan və Lufthanzanın alt markası olan "Germanwings" adlı hava yolu şirkətinə aiddir. Təyyarə 1991-ci ildə istehsal olunub və 24 ildirki istismar olunur.

Mənbə
ANS PRESS