Tərtərdə keçirilən ağacəkmə aksiyasında 2000 ağac əkilib
Tərtər, 20 mart,
AZƏRTAC“IDEA” İctimai Birliyinin təşəbbüsü ilə respublikada həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonunun ikinci mərhələsi çərçivəsində Tərtər rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC
xəbər verir ki, ekoloji mühitin qorunması, yaşıllıq sahələrinin artırılması məqsədilə keçirilən aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və sakinlər fəal iştirak ediblər. Aksiya zamanı rayon ərazisində əsasən çinar, eldar şamı, meyvə ağacları olmaqla 2000 ağac əkilib. Ağacların inkişafı üçün əraziyə yeni torpaq qatı salınıb, mineral gübrə verilib və abadlıq işləri aparılıb. Yeni əkilən ağaclar suvarılaraq onlara aqrotexniki qulluq göstərilib.
“Ümumrespublika Yaşıllaşdırma” marafonunda iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması naminə həyata keçirilən aksiyaların gələcəkdə daha geniş miqyasda davam etdiriləcəyini bildirib.