Ölkə
Tərtər rayonunun Şıxarx kəndində aşkarlanmış partlamamış hərbi sursat zərərsizləşdirilib
Bakı, 31 mart,
AZƏRTACTərtər rayonunun Şıxarx kəndinin Daşarx adlanan ərazisində partlamamış hərbi sursat (PHS) aşkar olunub.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, bu qurumun mütəxəssisləri Tərtər Rayon İcra Hakimiyyətinin müraciətinə əsasən martın 31-də əraziyə baxış keçiriblər. Aşkar olunan 1 ədəd “OQ-9” tipli idarə olunmayan qəlpə təsirli raketin döyüş başlığı götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınaraq partlayış yolu ilə zərərsizləşdirilib.