Digər

Temperatur düşməyə başladı

Metbuat.az

Ötən günlərlə müqayisədə Azərbaycanda temperatur 7-8˚ aşağı düşəcək.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, bu gündən etibarən Azərbaycan ərazisində hava şəraiti pisləşəcək, martın 31-i axşamadək qeyri-sabit hava müşahidə olunacaq.



Hava şəraiti əsasən şimal və qərb rayonlarından pisləşməyə başlayacaq. Rayonlarda havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.



Bakı və Abşeron yarımadasında da hava şəraiti qeyri-sabit keçəcək, arabir yağıntılı olacaq. Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə 7-8˚ aşağı düşəcək.

Mənbə
ANS PRESS