Ölkə

Tələbələr əsgərlərimizin bayramını təbrik ediblər

Metbuat.az

Bakı, 18 mart,

AZƏRTAC

Martın 18-də Azərbaycan Müəllimlər İnstitutu (AMİ) Qazax filialının direktoru, dosent Afaq Qasımova, müəllim və tələbələr


N saylı hərbi hissədə olub, əsgərlərə bayram xonçaları aparıblar.


Filialdan

AZƏRTAC

–a bildiriblər ki, hərbçilərimizi müqəddəs Novruz bayramı münasibətilə təbrik edən A.Qasımova gələn il bu bayramı işğal olunmuş torpaqlarımızda keçirməyi, doğma yurd yerlərimizdə tonqalların alovlanmasını arzulayıb.


Tələbələrin maraqlı çıxışları, ifa etdikləri mahnı və rəqslər əsgərlərə xoş ovqat bəxş edib, onları qələbəyə ruhlandırıb.