Ölkə

Tələbə qızlar arasında şahmat yarışı keçirilib

Metbuat.az

Naxçıvan, 6 mart,

AZƏRTAC

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Naxçıvan” Universitetində tələbə qızlar arasında şahmat yarışı keçirilib.


AZƏRTAC

xəbər verir ki, yarışdan əvvəl universitetin bədən tərbiyəsi və idman rəhbəri Elşad Əliyev çıxış edərək, muxtar respublikada qadınlara göstərilən qayğıdan danışıb, iştirakçılara uğurlar arzulayıb.


Sonra yarışa start verilib.


Yarışın nəticələrinə əsasən, “Naxçıvan” Universitetinin pedaqoji fakültəsinin I kurs tələbəsi Xəriban Əsədova I yeri, iqtisadiyyat fakültəsinin I kurs tələbəsi Səbinə Kürdova II yeri, pedaqoji fakültənin II kurs tələbəsi Şövkət Musayeva III yeri tutublar.


Sonda qaliblərə qiymətli hədiyyələr təqdim olunub.