Təhsilini yarımçıq qoyan qızın başgicəlləndirən həyatı (FOTO)
Foto və video paylaşım şəbəkəsi olan “Instagram” daha bir gənci reklam siması edib.
ANS PRESS-in məlumatına görə, dünyaca məşhur şəxslərin bir qismi “Instagram” sosial şəbəkəsindəki səhifələrini reklam şirkətləri ilə razılaşma imzalayaraq hansısa məhsulların tanıtımında istifadə edir.
Bəzi şəbəkə isitifadəçiləri isə paylaşımları ilə internet fenomeninə çevrilərək tanınmışlara rəqib olur. Onlardan biri də Tiana Qreqoridir. Cazibədar bədən quruluşu ilə diqqət çəkən gənc xanım “Instagram” səhifəsində bir-birindən cəsarətli fotolar paylaşaraq fotoqrafların və model agentliklərinin zövqünü oxşayıb.
Daha sonra ona Los Ancelesdə modellik fəaliyyəti təklif edilib. Universitet tələbəsi olan gənc qız isə həyatını dəyişmək üçün yaranmış bu fürsəti geri çevirməyib və təhsilini yarımçıq qoyaraq “arzular şəhəri”nə üz tutub.
Bir milyondan çox şəbəkə izləyicisi olan Qreqori populyarlığı ilə bir sıra markaların reklam simasına çevrilib.
ANS PRESS