Sosial

Təcili yardıma müraciət edənlərin sayı artıb (VİDEO)

Metbuat.az

Hər il olduğu kimi bu dəfə də bayram günlərində təcili tibbi yardıma müraciət edənlərin sayında artım müşahidə olunub. Çağırışların əsas hissəsini mədə-bağırsaq sistemində yaranan problemlər təşkil edib. Bayram günlərində əlavə həkim briqadalarının yaradılması isə bütün çağırışların vaxtında təmin edilməsinə şərait yaradıb.



ANS TV-nin məlumatına görə, Novruz bayramı günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı artıb. Tibbi Yardım Stansiyasından bildirdilər ki, əgər adi günlərdə təcili yardıma 1800-1900 müraciət daxil olurdusa, bayram günlərində müraciətlərin sayı artaraq 2200-dən çox olub. Bayram günlərində poliklinikalar işləmədiyi üçün əsas yük təcili yardımın üzərinə düşür. Nəticədə bu günlərdə təcili yardıma daha çox müraciət daxil olur.Təcili yardıma müraciət edənlərin 9-10%-i xəstəxanalara yerləşdirilib.



“Bayram günlərində poliklinikalar işləmədiyi üçün əsas yük təcili tibbi yardımın üzərinə düşür. Biz həmişə gücləndirilmiş iş rejimində çalışırıq. Hazırda 140 qədər briqada fəaliyyət göstəriri”, – deyə Baş həkimin müavini Oqtay Şahmalıyev bildirib.



Bayram günlərində çağırışlar əsasən ürək, qan-damar sistemi, qan təzyiqinin artması və mədə-bağırsaq pozğunluğu ilə əlaqədar olub.



Mənbə
ANS-TV-Hürü Əliyeva