Dünya

Tanınmış yazıçı-yumorist vəfat edib

Metbuat.az

Bakı, 22 mart,

AZƏRTAC

Tanınmış yazıçı-yumorist Arkadi Arkanov vəfat edib.


AZƏRTAC

TASS informasiya agentliyinə istinadən xəbər verir ki, 82 yaşlı yazıçı Moskva xəstəxanalarının birində dünyadan köçüb.


Martın 14-dən onkoloji xəstəliyi səbəbindən sinəsində ağrılar başlayan A.Arkanov xəstəxanaya yerləşdirilib.


A.Arkanov 1933-cü il iyunun 7-də Kiyevdə doğulub. 20-dən çox kitabın, televiziya filmlərinin ssenari müəllifi olub. Onun pyesləri Moskva Satira Teatrında səhnəyə qoyulub. O, həmçinin bir neçə populyar televerilişin də aparıcısı olub.