Dünya
Anspress
Milli.Az
Tanınmış "qanuni oğru" Moskvada yaxalandı
Rusiyanın paytaxtı Moskva şəhərində gürcü əsilli “qanuni oğru” saxlanılıb.
Anspress
-in məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiklərii əməliyyat zamanı Moskvanın "Domodedovo" hava limanında kriminal aləmdə “Levik Zuqdidiski” ləqəbilə tanınan 37 yaşlı
Levan Marqiyahəbs olunub.
Kriminal aləmdə tanınmış “qanuni oğru” olan “Levik Zuqdidski” Moskvadan xaricə qaçmaq istəyib. O, saxta sənədlərdən istifadə edərək ölkədən çıxarkən yaxalanıb.
Onu qeyri-qanuni miqrant kimi saxlayıblar. Rusiya məhkəməsinn qəbul etdiyi qərarla Levan Marqiya Gürcüstana deportasiya edilib. Məhkəmənin qərarı ilə tanınmış “qanuni oğru”ya 5 il müddətinə Rusiya ərazisinə girmək qadağan edilib.
Milli.Az