Dünya

TANAP reallaşır (VİDEO)

Metbuat.az

TANAP-ın təməlqoyma mərasimi ilə bağlı Türkiyənin Qars şəhərində hazırlıqlar gedir.



ANS TV-nin məlumatına görə, Qarsda küçələr Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilib. TANAP layihəsi ilə bağlı stendlər quraşdırılıb. Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarsda Trans Anadolu qaz kəməri layihəsinin təməlqoyma mərasimində iştirak edəcək. Tədbirdə həmçinin hər iki ölkədən çoxsaylı dövlət və hökumət nümayəndələrinin də iştirakı gözlənilir. Qars valisi Günay Özdemir TANAP lahiyəsinin təməlqoyma mərasiminin bölgə üçün əhəmiyyətindən danışıb.



“Enerji dəhlizi olaraq TANAP layihəsi, Xəzər dənizindəki enerjinin Avropaya nəql edilməsi yolunda olan bu şəhərin mühüm bir nöqtədə yerləşməsi səbəbindən, təməlqoyma mərasimi də Qarsda keçiriləcək. Bu bizim üçün mühüm əhəmiyyət kəsb edir. Layihənin təməlqoyma mərasimi üçün prezidentlərin də Qarsı seçməsi və bizim ev sahibliyi etməmiz mühüm əhəmiyyət daşıyır”, - deyə Qars valisi Günay Özdəmir bildirib.



Qarsda TANAP layihəsinin təməlqoyma mərasimi martın 17-də keçiriləcək.



Mənbə
ANS-TV-İlkin Kərimov