Dünya
Tailand 17 uyğuru Türkiyəyə verməkdən imtina edib
"Report" xəbər verir ki, bu haqda "BBC" məlumat yayıb.
Onlar 2014-cü ildə Tailandın cənubunda həbs ediliblər. 17 uyğurun Türkiyə pasportu olsa da, rəsmi Pekin iddia edir ki, onlar Çinin Sintsztyan-Uyğur Muxtar Bölgəsindən Tailanda keçiblər və Çinin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.
Məlumatda vurğulanıb ki, Tailand Çinlə münasibətləri yaxşııaşdırmaq istəyir, bu səbəbdən də həmin uyğurların Türkiyəyə deyil, Çinə ekstradisiyası ehtimalı böyükdür.