Ölkə

Tacikistanlı kinorejissorun filmi Xaçmazda nümayiş etdirilib

Metbuat.az

Xaçmaz, 12 mart, Elxan Yusifli,

AZƏRTAC

Martın 12-də Xaçmaz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Tacikistanın tanınmış kinorejissoru Nosir Saidovun “Müəllim” filmi nümayiş etdirilib.


AZƏRTAC

xəbər verir ki, film xaçmazlı tamaşaçılara martın 10-dan etibarən ölkəmizdə keçirilən Tacikistan kinosu günləri çərçivəsində təqdim olunub.


Filmin nümayişindən əvvəl Əməkdar İncəsənət Xadimi, kinorejissor Ayaz Salayev, “Tacikfilm” kinostudiyasının direktoru, kinorejissor Nosir Saidov, Tacikistanın Xalq Artisti Sayram İsayeva və başqaları çıxış edərək, xalqlarımız arasındakı mədəni əlaqələrdən, qarşılıqlı layihələrdən danışıblar. Bildirilib ki, tədbir iki ölkə arasında mədəni əməkdaşlıq ənənələrini möhkəmləndirmək, kino sahəsində əlaqələri genişləndirmək məqsədilə keçirilir.


Sonra “Müəllim” bədii filmi nümayiş etdirilib.