Dünya

​Tacikistan prezidenti oğlunu korrupsiya ilə mübarizə idarəsinə rəhbər təyin edib

Metbuat.az

Bakı. 16 mart. REPORT.AZ/ Tacikistan prezidenti Emomali Rahmonun böyük oğlu Rüstəm Emomali ölkənin Dövlət Maliyyə Nəzarəti və Korrupsiya ilə Mübarizə Agentliyinə sədr təyin edilib.


"Report" xəbər verir ki, 27 yaşlı Emomalinin təyinatı martın 16-da olub.


Bunadək o, 2013-cü ilin sonundan Tacikistan Gömrük Xidmətinə rəhbərlik edib.


Qeyd edək ki, Tacikistan 2014-cü ildə "Transparency International"ın rüşvət alma göstəricisində 152-ci yeri tutub.