Digər
Milli.Az
Sumqayıtda kişi xilasediciləri işə saldı
Sumqayıtda intihar etmək istəyən şəxs xilas edilib.
Sumqayıt Şəhər Polis İdarəsindən
APA-ya verilən məlumata görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi Əliağa Vahid küçəsində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1968-ci il təvəllüdlü
Yaşar Məmmədtağı oğlu Muradovişıq dirəyinə çıxaraq özünü atacağını bildirib.
Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları intihar etmək istəyən şəxsi fikrindən daşındırıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.
Milli.Az