Ölkə

Sumqayıtda istehlakçıların qiymətdə aldadılmasının qarşısı alınıb

Metbuat.az

Bakı, 16 mart,

AZƏRTAC

 


İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi, 8A-da Südabə Əsgərovaya məxsus “Hiper” marketdə yoxlama aparılıb.


Nazirlikdən

AZƏRTAC

-a bildiriblər ki, yoxlama zamanı təklif olunan malların nəzarət kassa aparatının yaddaşında olan qiymətlərinin yarlığındakı qiymətlərdən artıq göstərilməsi ilə istehlakçıların aldadıldığı aşkarlanıb.


Qanun pozuntusuna yol vermiş şəxs barədə müvafiq tədbirlər görülüb.