Ölkə
AZƏRTAC
Sumqayıtda dəmir yolu vağzalı əsaslı təmir olunacaq
Sumqayıt, 28 mart, Ətrabə Rzayeva,
AZƏRTACYaxın günlərdə Sumqayıtın dəmir yolu vağzalının binası əsaslı təmir olunacaq.
AZƏRTAC
xəbər verir ki, hazırda Bakı-Sumqayıt dəmir yolu xətti yenidən qurulur. Bu işlər başa çatdıqdan sonra stansiyada əsaslı təmirə başlanılacaq. Artıq Sumqayıt dəmir yolu vağzalının yeni eskizi də hazırdır.
Qeyd edək ki, Sumqayıt dəmir yolu vağzalı XX əsrin 70-ci illərində istifadəyə verilib.