Digər

Sumqayıtda 30 yaşlı qadın iş yerinin qarşısında qətlə yetirilib - FOTO

Metbuat.az

[ 19 Mart 2015 14:22 ]



Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda qətl törədilib.

Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün baş verib. Şəhər sakini, 30 yaşlı Esmira Şirbala qızı Hüseynovanın işlədiyi mağazanın qarşısında üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətl baş verən yerin fotoları sosial şəbəkələrdə yayılıb.