Ölkə

Sumqayıt Təlim, Tədris Mərkəzinə sənəd qəbulu elan edilir

Metbuat.az

Sumqayıt, 9 mart, Ətrabə Rzayeva,

AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təlim mərkəzlərinə şagird qəbulu üzrə Qəbul Komissiyası tərəfindən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə aparatçı, kompressor qurğularının maşinisti, nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru, elektrik qaz qaynaqçısı, təmirçi-çilingər, nasos qurğularının maşinisti ixtisasları üzrə sənədlərin qəbulu elan edilib.


AZƏRTAC

xəbər verir ki, müsabiqədə yaşı 29-dan yuxarı olmayan, Sumqayıt və Abşeronda qeydiyyatı olan Azərbaycan vətəndaşları və həmçinin həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin üzvləri, həqiqi hərbi xidmət keçmiş (oğlanlar üçün), minimum tam orta təhsilli (ali və ümumi orta təhsilli gənclər müraciət edə bilməzlər) gənclər iştirak edə bilərlər.


Sənəd qəbulu elektron formatda həyata keçirilir və müsabiqə iki əsas mərhələdən – müsahibə və test imtahanından ibarətdir. Maraqlananlar

www.socar.az

 saytının ”Karyera” panelində Təlim Mərkəzinə sənəd qəbulu bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmalıdırlar. Müraciətlər iyulun 8-dək qəbul ediləcək.