Digər

Sumqayıt sakinindən 1 kiloqramdan çox narkotik götürülüb

Metbuat.az

[ 14 Mart 2015 12:30 ]



Bakı. Hafiz Heydərov – APA. Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini İmran Mirzəyevdən 1 kiloqram 200 qram marixuana və 420 qram tiryək götürülüb.