Ölkə
AZƏRTAC
Sumqayıt Dövlət Universitetində fərdi inkişaf və karyera planlaşdırması müzakirə edilib
Sumqayıt, 10 mart,
AZƏRTAC
Sumqayıt Dövlət Universitetində (SDU) fərdi inkişaf və karyera planlaşdırması mövzusunda tədbir keçirilib. Tədbir “Ritorika Klubu” Tədris Mərkəzi tərəfindən təşkil olunub.
AZƏRTAC
xəbər verir ki, “Reduco” Tədris Mərkəzinin əməkdaşları IELTS (Beynəlxalq ingilis dili imtahanı sistemi) və ACCA (Beynəlxalq Mühasibat Uçotu) barədə tələbələrə ətraflı məlumat verib, onların suallarını cavablandırıblar. Eyni zamanda, universitetdə qurulacaq Karyera Planlaşdırılması Mərkəzi barədə fikir mübadiləsi aparılıb. Bu mərkəzin tələbələrin iş təcrübəsi qazanmaq, gələcəkdə iş tapmaqda əhəmiyyəti müzakirə edilib.