Ölkə

​Sudanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Metbuat.az

Bakı. 16 mart. REPORT.AZ/ Sudan Respublikasının xarici işlər naziri Əli Əhməd Karti martın 17-də Azərbaycana rəsmi səfər edəcək. Sudan Respublikasının Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, səfər Azərbaycan Respublikasının xarici işlər naziri

Elmar Məmmədyarov

un dəvəti ilə baş tutacaq.


İki gün davam edəcək səfər zamanı Ə.Ə.Karti Bakıda bir sıra rəsmi görüşlər keçırəcək. Görüşlər əsnasında iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinə dair müzakirələrin aparılması gözlənilir.


Səfər çərçivəsində Azərbaycan və Sudan Xarici İşlər Nazirlikləri arasında əməkdaşlıq haqqında memorandumun imzalanması da nəzərdə tutulur.