Digər

Sualtı şəhər belə olacaq (FOTO)

Metbuat.az

Yaponiyanın tikinti şirkəti "Shimizu" fantastik ideyanı həyata keçirməyə qərar verib. Belə ki, yalnız kitablarda və oyunlarda görmək mümkün olduğumuz Yaponiyada əsl sualtı şəhər salmağı planlaşdırır. Bizə bu şəhəri görmək 2035-ci ildə nəsib olacaq.



ANS PRESS-in məlumatına görə, Ocean Spiral adı verilən gələcək sualtı şəhərdə 2035-ci ildə təqribən 4 min daimi sakin və 1000 turist yerləşəcək. Hazırda layihənin icrası üçün 26 milyard dollar sərmayə qoyulub.



"Shimizu" şirkəti bildirib ki, tamamilə müstəqil olacaq şəhər üçün elektrik enerjisi müxtəlif dərinlikdə suyun temperaturuna əsasən alınacaq. Həmçinin şəhərin altında karbon qazının emalı üzrə Earth Factory adlı xüsusi kompleks yerləşəcək.



Güman edilir ki, Ocean Spiralın əsas hissəsini 75 mərtəbədən ibarət olan böyük yaşayış massivi, istirahət zonaları, müxtəlif restoranlar və elmi-tədqiqat mərkəzi təşkil edəcək. Yaşayış massivinin əhatə dairəsi yarım kilometr olacaq və okeanın dibinə xüsusi spirallarla bərkidiləcək. Spiral elmi işçilər üçün lift rolunu yerinə yetirəcək.



Şirkətin mütəxəsislərinin fikrincə, bu ideyanı reallaşdırmaq hazırda mümkünsüz görünsə də, müasir texnologiyalar buna imkan verməsə də, amma 15 il ərzində vəziyyət dəyişəcək və tikinti dərhal başlayacaq.



Xatırladaq ki, sualtı şəhər layihəsi böyük dərinlikdə faydalı mədənlərin axtarışına yönəldilib. Gələcəkdə belə şəhərlərin tikintisi planetin əhali artımı problemini həll edəcək, həmçinin dünyada okeanın səviyyəsi qalxmağa başlasa, bunun əhəmiyyəti daha da böyük olacaq.



Mənbə
ANS PRESS