Dünya

"Su-25 "Boinq"i vura bilməz"

Metbuat.az

Azərbaycan, Bakı, 11 mart /Trend/

“Suxoy hücum təyyarələri” elmi istehsalat konserninin prezidenti və Su-25 təyyarəsinin baş konstruktoru Vladimir Babak əmindir ki, Donbas səmasındakı Malayziya “Boinq”ini bu tip təyyarələr vura bilməz.

Trend-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, baş konstruktor bildirib ki, Su-25 “Boinq”ə 3-4 min metr hündürlüyündə hücum edə bilər.

V.Babak əlavə edib ki, təyyarə qeydə alınmış 10,5 min metr yüksəklikdə qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilməzdi: “Boinq”i vurmaq üçün təyyarəyə ağır raketləri quraşdırmaq lazım idi. “Hava-hava” raketləri yalnız zədələyə bilərdi”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az