İdman

Stend atıcılığı üzrə dünya kuboku yarışlarında Azərbaycanı 6 idmançı təmsil edəcək

Metbuat.az

Bakı, 13 mart,

AZƏRTAC

Martın 21-dən 28-dək Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində stend atıcılığı üzrə dünya kuboku yarışları keçiriləcək.


AZƏRTAC

xəbər verir ki, turnirdə Azərbaycanı 6 idmançı təmsil edəcək.


Stend atıcılığının tranş növündə Əlimirzə Quliyev, Elvin İsmayılov, Alina Rafiqxanova, dairəvi yarışlarda isə Paşa Əhədpur, Emin Cəfərov və Nurlanə Cəfərova birincilik uğrunda yarışacaqlar.