Stadiondan çıxdı ölümə getdi (FOTO)
Bu dəfə futbol azarkeşləri eftanaziya ediləcək bir kişi üçün birləşdi.
ANS PRESS-in məlumatına görə, 41 yaşlı Lorenzo Schoonbaert müalicəsi mümkün olmayan bir xəstəliyə yaxalanıb. "Brügge" tərəfdarı olan kişi ölməmişdən əvvəl sonuncu dəfə komandasını izləmək istəyib.
O, hətta son dəfə stadion havasını udmaq üçün eftanaziya tarixini də dəyişib.
"Jan Breydel" stadionuna 7 yaşlı qızı Dina ilə birlikdə gəlib. O, "Brügge"nin "Mouscron-Peruwelz"ə qaraşı matçını izləyib.
Tribunlarda yerini alan 20 mindən çox azarkeş oyundan sonra Lorenzo Schoonbaertə vida edib, onun üçün "Əsla yalnız olmayacaqsan" yazılan plakatlar açılıb. Stadionda olan kişi yaşadıqlarından heyran olub. O, stadionda bir müddət gəzərək tamaşaçılarla vidalaşıb.
"Bu qədər təsirli bir vida gözləmirdim. Komandan son oyunda qalib oldu. Artıq hüzur içərisində ölə bilərəm. Bunu cənnətdə qeyd edəcəm".
Futbol azarkeşi 20 ildə 37 əməliyyat keçirsə də həkimlər onun sağalma ümidi olmadığını deyiblər.
Maçtdan 1 gün sonra isə ailəsi açıqlama yayaraq Lorenzonun zəhərli iynə ilə eftanaziya etdirdiyini açıqlayıb.
Mənbə
ANS PRESS