Digər
Mənbə
ANS-TV
Soyqırımı Qubada anıldı (VİDEO)
1918-ci il soyqırımı qurbanları Quba Kütləvi məzarlığında anılıb. Soyqırım memorial kompleksin rəhbərliyindən bildirilib ki, kütləvi məzarlığı 17 mindən çox insan ziyarət edib.
Tarixçı- müəllim Anar Murtuzovun sözlərinə görə, 31 Mart hadisələrində 16672 insan qətlə yetirilib, 167 kənd dağıdılıb.
Təkcə Quba şəhərində 3 mindən çox insan öldürülüb, 100-dən artıq qadına təcavüz olunub. Bu azmış kimi ermənilər evlərə basqın edib. Onlar evin əşyalarını talan edib, evləri isə dağıdıblar.
ANS-TV