Digər

Şou başladı (FOTO)

Metbuat.az

Avtomobil həvəskarlarının böyük maraqla gözlədikləri sərgi başlayır. ANS PRESS-in məlumatına görə, Cenevrədə 85-ci Beynəlxalq Avtomobil Sərgisi başlayıb.



Sərgi qapılarını ilk olaraq media nümayəndələrinin üzünə açıb.



İsveçrənin Cenevrə şəhərində başlayan sərgi 5-15 mart arasında davam edəcək. Sərgidə 130 yeni model və konsept təqdim ediləcək. Avto şouda 700 mindən çox insanın iştirak edəcəyi gözlənilir.



Sərgidə bir birindən gözəl, lüks modellər, o cümlədən "Lamborghini Huracan","Chevrolet Corvette Z06", "Renault Kadjar","Ford GT","Koenigsegg Agera RS", "Quant Quantino", "Ferrari F12berlinetta" kimi modellər göz oxşayıb.

















Mənbə
ANS PRESS