Digər

Sosial xidmət müəssisələrində Novruz bayramı münasibəti ilə şənliklər keçirilib - FOTO

Metbuat.az

[ 20 Mart 2015 18:57 ]



Bakı-APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial xidmət müəssisələrində Novruz bayramı münasibəti ilə şənliklər keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya daxil olan məlumata görə, ƏƏSMN-nin və nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəhbər şəxsləri iştirak edib.

Bayram süfrəsi ətrafında keçən tədbirlərdə incəsənət ustalarının ifasında musiqili-əyləncəli proqramlar təqdim edilib.

Qeyd edək ki, ƏƏSMN-nin sosial xidmət müəssisələrində ümumilikdə 1050 nəfərə yaxın insan tam dövlət təminatında yaşayır. Onlardan 300 nəfərdən çoxu sağlamlıq imkanları məhdud olan uşaqlardır. Ötən il ƏƏSMN-nin sosial xidmət müəssisələrindən 29 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq olmaqla, ümumilikdə 77 nəfər şəxs ailələrinə qovuşub.