Ölkə

“Sonsuz dəhliz” Albaniya milli televiziyasında nümayiş etdirilib

Metbuat.az

[ 10 Mart 2015 15:41 ]



Bakı – APA. Martın 4-də və 7-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində ingilis dilində “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filmi Albaniya milli televiziya (www.albanianscreen.tv) kanalında yayımlanıb. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən xəbərə görə, film Albaniya auditoriyası tərəfindən maraqla qarşılanıb. Filmin yaxın aylar ərzində dünyanın digər televiziya kanallarında da yayımı nəzərdə tutulur.

“Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.