Dünya
Son illərin ən mənzərəli Günəş tutulmasının FOTOları
Britaniyada və Şimali Avropa boyunca insanlar Günəş diskinin Ay tərəfindən 95 faizədək örtülməsini müşahidə ediblər. Yer kürəsinin Ayın kölgəsində qalan hissəsi qaranlığa bürünüb.
Milli.Az BBC-yə istinadən bildirir ki, Günəş tutulması Qrinviç vaxtı ilə saat 7:45-də başlanıb və qaranlıq ən qatı həddinə 9:35-də çatıb. Britaniya Ayın kölgəsinə 9:23-də düşməyə başlayıb.
Ekspertlər adamları bu kainat hadisəsinə birbaşa, qorunmasız gözlə baxmaqdan çəkindirirdilər. Onlar deyirdilər ki, hətta tutulma zamanı da Günəşə baxmaq son dərəcə təhlükəlidir. Bu, gözün hətta həmişəlik korluğuna da səbəb ola bilər.
Havanın sıx buludlu olması Britaniyada bu nadir hadisənin müşahidə edilməsinə m
ane olub.
ane olub.
Bununla belə, Günəş tutulması ölkənin telekanalları vasitəsilə canlı yayınlanıb.
Britaniyalılar üçün havanın buludlu olması bir də ona görə məyusedicidir ki, belə bir tutulma bir də 2026-cı ilədək baş verməyəcək.
Bundan əvvəlki Günəş tutulması 1999-cu ildə baş vermişdi.
Ekspertlər həm də ona görə narahat idilər ki, 1999-cu ildən fərqli olaraq indi insanların ixtiyarında təkmil kameralı mobil telefonlar var və çoxları Günəş tutulmasının şəklini çəkməyə hazırlaşıdılar. Oftalmoloqlar xəbərdarlıq edirdilər ki, Günəş tutulmasının fotosunun çəkilməsi göz üçün son dərəcə təhlükəli ola bilər.
Alimlər Günəş tutulması üçün nəzərdə tutulmuş xüsusi eynəklərdən və deşikli karton kartlardan istifadəni məsləhət görürdülər.
“Qaranlığın küləyi”
Növbəti tutulma 2026-cı ildə olacaq.
Günəş tutulmaları sadəcə seyr ediləcək mənzərə deyil, həm də alimlər üçün qızğın elmi müşahidə fürsətidir. Məsələn, Britaniyadakı Reading Universiteti bu tutulma zamanı havanın necə təsirlənəcəyini öyrənirdi. Onlar “tutulma yeli” deyilən fenomeninin doğruluğunu sınamalı idilər.
Bəzi fərziyyələrə görə Günəş tutulmaları küləyin aktivləşməsi ilə müşaiyət olunur.
Oksford Universitetinin tədqiqatçıları isə Günəş tutulmasının elektrik şəbəkələrinə təsirini araşdırırdılar. Bu da deyilməlidir ki, gələn ilin tam Günəş tutulması Avropada görünməyəcək. Onu, 2016-cı il martın 9-da dünyanın başqa bir hissəsində - Sumatra, Borneo, Sulavezi və Sakit Okean hövzəsinin bir sıra yerlərində müşahidə etmək mümkün olacaq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin